Ekonomiks 12:39 31.05.2023

Avtomobil almaq istəyənlərin diqqətinə - Bu maşınları alarkən, aldanmayın (VİDEO)

Yaz fəsli daxil olandan bölgələrə düşən dolu yüzlərlə avtomobili yararsız vəziyyətə salıb. doludan zərər görən həmin avtomobillərin bazara çıxarılması halları baş verir.

Təbiətin zərər vurduğu nəqliyyat vasitələri təmir edilir və "problemsiz" adı ilə satışa çıxarılır.

Mütəxəssislər hesab edir ki, dolunun yararsız vəziyyətə saldığı maşınlar sonradan təmir edilsə də, yenisinin əvəzini verə bilmir. Çünki həmin nəqliyyat vasitələri dəyərdən düşür, onu satmaqda çətinlik çəkirsən.

Əfsuslar olsun ki, dolu düşmüş maşınlar satılarkən onun real vəziyyəti barədə alıcıya məlumat verilmir.