Ölkə 14:34 20.11.2021

Axtarışda olan 7 nəfər Pirallahıda saxlanıldı

Bu ilin 9 ayı ərzində Pirallahı rayonunda saxlanılan şəxslərin sayı açıqlanıb.

 

"Report”un əldə etdiyi məlumata görə, 2021-ci ildə rayon ərazisində axtarışda olan 7 nəfər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.

 

Eyni zamanda Pirallahıda qeydə alınan 53 cinayətin üstü açılıb.

 

Bundan başqa, 8 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.