Foto 11:32 17.02.2023

Aytac Bayramzadə "Qarabağ" haqda: "Rəsmən gizli eşq yaşayıram" (FOTOLAR)

""Qarabağ" ilk oyunda Belçikanın "Gent” klubuna qalib gəlməsi məni çox sevindirdi".

Bunu Qaynarinfo-ya açıqlamasında aparıcı Aytac Bayramzadə "Qarabağ"- "Gent” klublarının qarşılaşmasına münasibət bildirərkən deyib. 

O, Qurban Qurbanova olan hörmətindən də söz açıb:

"Futbol izləməyi çox sevirəm. Amma ətrafımda olan bir çox dostlarım futbol xəstəsi olduğumu bilmir. Rəsmən gizli eşq yaşayıram (gülür). Qurban Qurbanova hörmətim çox böyükdür. Onun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirdi. Ağdam klubu Belçikanın "Gent” klubuna əsl dəsr keçdi. Oyunun ilk hissəsi qolsuz başa çatsa da, ikinci hissədə hücumlarının kəsərini artıran "köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb. Amma təəssüflər olsun ki, Ramil Şeydayev bu imkandan yararlana bilmədi. Buna baxmayaraq, matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından rahatlıqla keçirə bildi. Komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək. Əminəm ki, Ağdam klubu cavab matçında da "Gent" üzərində qələbə qazanacaq".