İdman 13:45 01.04.2023

Azərbayacan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında 28-ci tur davam edir.

Qaynarinfo-nun məlumatına görə bu gün turun daha iki oyunu keçiriləcək. Əvvəlcə "Kəpəz" doğma meydanda "Səbail"i qəbul edəcək. 

Komandalar indiyədək ölkə çempionatında 7 dəfə üz-üzə gəliblər. Bunların 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Bir görüş isə heç-heçə nəticələnib. Top fərqi "Səbail"in xeyrinədir - 9:11. "Kəpəz" evdə ən azı 2 qol vurub. Gəncə təmsilçisinin meydanındakı matçlarda 3 və ya daha çox qol qeydə alınıb.

Günün digər matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. Komandalar 30-cu dəfə üz-üzə gələcəklər. Buna qədər keçirilmiş 29 matçda "Zirə" 12, "Neftçi" isə 10 qələbə qazanıb. Qalan 7 görüşdə bərabərlik qeydə alınıb. Qol sayında isə Laurentsiu Regekampfın baş məşqçi olduğu komandanın üstünlüyü nəzərə çarpır - 33:28. "Neftçi" son üç oyunda qalib gəlib. "Zirə" son 6 ev matçından yalnız birində qol vurmayıb.

AzərbaycanPremyerLiqası, 28-ci tur

15:30. "Kəpəz" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
VAR hakimləri: Rəşad Əhmədov, Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu.

19:30. "Zirə" - "Neftçi"

Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
VAR hakimləri: Rauf Allahverdiyev, Rəhman İmami
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu.

Turun ilk oyun günündə bir matç keçirilib və aşağıdakı nəticə qeydə alınıb
 
"Turan Tovuz" - "Sumqayıt" 2:3

"Qarabağ" - 71, "Sabah" - 62, "Neftçi" - 56, "Zirə" - 37, "Qəbələ" - 36, "Turan Tovuz" - 28,  "Sumqayıt" - 24, "Kəpəz" - 22, "Şamaxı" - 20, "Səbail" - 18

Səbuhi Həsənov