Azərbaycan “Avroviziya -2022”nin finalında (YENİLƏNİB/VİDEO)
İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.
Qaynarinfo xəbər verir ki, ikinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edib.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edib.
Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.
Qeyd edək ki, Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliyə birbaşa final mərhələsində çıxış edəcək.
23.19
İtaliyanın Turin şəhərində yerləşən "Pala Alpitur” arenasında "Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
Qaynarinfo xəbər verir ki, ikinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək:
Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç.
Azərbaycanı "Fade to back” mahnısı ilə müğənni Nadir Rüstəmli təmsil edəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər