Sənət 18:49 08.09.2022

Azərbaycan filmi Venesiya kinofestivalında (VİDEO)

Xəbər verdiyimiz kimi, 79-cu Venesiya kinofestivalı İtaliyada davam edir.

Qaynarinfo xəbər verir ki, festivalda təqdim olunan ekran işləri arasında "Banu” filmi də yer alıb. Bu barədə filmin rejissoru və baş rol ifaçı Təhminə Rafaella premyeradan olan fotoları sosial media hesabında paylaşaraq yazıb.

Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar. Filmin prodüserliyini "Noori Pictures” şirkəti edib.

Qeyd edək ki, layihədəki hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.