İdman 02:29 25.03.2023

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan millisi "Avro-2024”ün seçmə mərhələsində ilk oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, millimiz səfərdə Avstriya yığmasının qonağı olub.

Linz şəhərindəki "Raiffeisen Arena”da oynanılan matçda ilk hissə ev sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Marsel Sabitzer və Mixael Qreqoritş oyunun 28 və 29-cu dəqiqəsində fərqləniblər. 50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qolunu vurub. Emin Mahmudovla 64-cü dəqiqədə hesabdakı fərqi azaltsaq da Kristof Baumqartner 5 dəqiqə sonra hesabı 4:1 edib.

Beləliklə, Azərbaycan millisi 5 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Xatırladaq ki, 1981-ci ildən Avstriya millisi bu şəhərdə qələbə qazana bilmirdi.7