Ekonomiks 12:39 12.05.2023

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.

Qaynarinfo xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75%, Özbəkistan tərəfi üçün isə 25% müəyyənləşdirilib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qafqaz Rafiqoğlu