Foto 09:31 20.02.2023

Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi (FOTO)

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.

Allah rəhmət eləsin!