İdman 09:40 05.03.2022

Azərbaycan Premyer Liqası: 18-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Komandalar Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Bunların 12-də meydan sahibləri, 6-da qonaqlar qələbəyə sevinib. Top fərqi "Zirə"nin xeyrinədir - 33:21. Qəsəbə təmsilçisi son 5 oyunda rəqibinə uduzmayıb. Sumqayıtlılar isə son 4 qarşılaşmada qol vura bilməyib.

Turun ilk gününə "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq. Paytaxt təmsilçiləri çempionatda 17 dəfə qarşılaşıblar. Bunların 12-də "Neftçi", ikisində isə qonaqlar qələbə qazanıb. Top fərqi "Neftçi"nin xeyrinədir - 38:11.

Azərbaycan Premyer Liqası, XVIII tur
 
5 mart (şənbə)

17:00. "Zirə” – "Sumqayıt”
 
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu

19:15. "Neftçi” – "Səbail”
 
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Bakcell Arena”

18-ci tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
 
"Qarabağ" - 37, "Qəbələ" - 32, "Zirə" - 31, "Neftçi" - 28, "Sabah" - 20, "Keşlə" - 15, "Sumqayıt" - 13, "Səbail" - 11
 
Səbuhi Həsənov