İdman 10:48 13.05.2023

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tur çərçivəsində daha iki oyun baş tutacaq.

Qaynarinfo-nun məlumatına görə günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. 

İki komanda bunadək ölkə çempionatında 3 dəfə üz-üzə gəlib. Bunların birində "Qəbələ" qələbəyə sevinib, digər iki matç heç-heçə nəticələnib. Topların nisbətində Elmar Baxşıyevin komandasının üstünlüyü var - 3:1. "Qəbələ” əvvəlki matçlarda uduzmayıb. Son iki oyun heç-heçə ilə nəticələnib.

Günün son qarşılaşmasında "Qarabağ" "ASCO Arena"da "Səbail"lə üz-üzə gələcək. Komandaların indiyədək 22 dəfə qarşılaşıb. Bunların 18-də "Qarabağ", 2-də "Səbail" qələbəyə sevinib. 2 görüş isə heç-heçə yekunlaşıb. Topların nisbəti də Ağdam təmsilçisinin xeyrinədir - 47:8. "Qarabağ" son 5 oyunda qələbə qazanıb. Son 7 matçda qalib komanda ən azı 3 qol vurub.

Azərbaycan Premyer Liqası, 34-cü tur

13 may (şənbə)

18:00. "Qəbələ" - "Turan Tovuz"

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

20:30. "Səbail" - "Qarabağ"

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena".

"Qarabağ" - 84, "Sabah" - 77, "Neftçi" - 61, "Qəbələ" - 48, "Zirə" - 46, "Turan Tovuz" - 35, "Kəpəz" - 30, "Sumqayıt" - 28, "Səbail" - 25, "Şamaxı" - 23

Səbuhi Həsənov