İdman 09:57 12.03.2022

Azərbaycan Premyer Liqasında 19-cu tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Səbail" "Keşlə"ni qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Səbail", 5-də "Keşlə" meydanı 3 xalla tərk edib. Top fərqində meydan sahiblərinin üstünlüyü nəzərə çarpır - 20:17. Qonaqlar çempionatdakı son 4 görüşdə rəqibinə uduzmayıb. Bayıldakı son üç matçda hər iki komanda qol vurub.

Günün ikinci qarşılaşmasında "Sabah" Premyer Liqanın lideri "Qarabağ"la qarşılaşacaq. Çempionatdakı əvvəlki 13 oyunun 10-da Ağdam klubu qələbə qazanıb. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də qonaqlar üstündür - 27:5. "Qarabağ” Premyer Liqadakı son 6 oyunda qalib gəlib.

Azərbaycan Premyer Liqası, 19-cu tur

12 mart (şənbə)

16:45. "Səbail” – "Keşlə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASCO Arena”

19:00. "Sabah” – "Qarabağ”
 
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Bank Respublika Arena”

Tura 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
 
"Qarabağ" - 40, "Zirə" - 34, "Qəbələ" - 32, "Neftçi" - 31, "Sabah" - 23, "Keşlə" - 15, "Sumqayıt" - 13, "Səbail" - 11
 
Səbuhi Həsənov