İdman 13:06 14.03.2022

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, dünən güclü qar səbəbindən 65-ci dəqiqədə, hesab 0:0 olarkən yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" görüşü bu gün qaldığı yerdən davam edib. Qəbələ şəhər stadionunda keçirilən matç qolsuz bərabərliklə bitib - 0:0.

Bu nəticədən sonra "Zirə" 34 xalla ikinci, "Qəbələ" isə dördüncü pillədə məskunlaşıb. Turnir cədvəlinə isə "Qarabağ" 43 xalla liderlik edir.

Azərbaycan Premyer Liqası, 19-cu tur

"Qəbələ" - "Zirə" 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

Turun bundan əvvəl baş tutan 3 qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb.

"Səbail" - "Keşlə" 0:3
"Sabah" - "Qarabağ" 0:1
"Neftçi" - "Sumqayıt" 2:1

"Qarabağ" - 43, "Zirə" - 35, "Neftçi" - 34, "Qəbələ" - 33, "Sabah" - 23, "Keşlə" - 18, "Sumqayıt" - 13, "Səbail" - 11

Səbuhi Həsənov