İdman 10:29 14.03.2022

Azərbaycan Premyer Liqasında yarımçıq dayandırılan qarşılaşma keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

Qaynarnfo xəbər verir ki, "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edəcək. Güclü qar səbəbəindən ötən gün 65-ci dəquiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün 12.30-dan etibarən davam etdiriləcək. Oyunda həmin dəqiqəyə qədər hesab açılmayıb. 
 
Azərbaycan Premyer Liqası

19-cu

14 mart

12:30. "Qəbələ" – "Zirə" 0:0 (İKİNCİ HİSSƏ)
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

Turun baş tutan 3 qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb.
 
"Səbail" - "Keşlə" 0:3
"Sabah" - "Qarabağ" 0:1
"Neftçi" - "Sumqayıt" 2:1 
 
Səbuhi Həsənov