Ölkə 18:59 16.05.2023

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Nazir açıqladı

"Bu il 30 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb olunması proqnozlaşdırılır. Bu, o deməkdir ki, bizim gözləntilərə görə müəllimlərin ən azı 80-85 faizinin əmək haqqı müvafiq olaraq 10-35 faiz artırılacaq".

BAKU.WS xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Nazir əlavə edib ki, nəticələr olduqdan sonra detallı şəkildə ictimaiyyətə mlumat veriləcək.