Foto 20:59 30.05.2023

Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı

Ötən ilin yayında futbolçu Ruslan Cəfərov ilə nişanlanan Baku TV-nin xəbər aparıcısı Turan Məmmədli ailə qurmağa hazırlaşır.

OLAY-ın əldə etdiyi məlumata görə, cütlüyün toyu iyulun 7-i Bakıdakı restoranların birində baş tutacaq.

Qeyd edək ki, R. Cəfərov Azərbaycan Premyer Liqasının təmsilçilərindən olan "İnter Baku” klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar futbolçudur. 2012-ci ildən bəri həm bankirlərin əvəzedicilər yığmasında, həm də əsas komandasında çıxış edir.