Ölkə 14:18 28.03.2023

Azərbaycanlı iş adamı Polşada saxlanıldı

Əslən Laçından olan, Polşa və Almaniyada uğurlu biznes fəaliyyəti ilə tanınan "Sevara Group" şirkətinin rəhbəri Rəşad Quliyev Polşada salanılıb.

Ulusal.az-ın məlumatına görə, bu barədə xəbəri Rəşad Quliyev verib. Azərbaycanlı iş adamı Polşadakı hava limanlarından birində saxlanıldığını, saxlanma səbəbinin isə hələlik məlum olmadığını diqqətə çatdırıb:

"Qeyri-müəyyən səbəblərdən Polşa dövlət sərhəd xidməti tərəfindən Katoşice şəhər beynəlxalq havalimanında saxlanılmışam”.

Qeyd edək ki, Rəşad Quliyevin rəhbəri olduğu "Sevara Group" şirkəti Laçında, Həkəri çayı sahilində salınacaq "CamperPark Həkəri” istirahət mərkəzi yaratmağı nəzərdə tutub.