Ölkə 17:30 24.11.2022

“AzerFon” mühasibat qaydalarını pozdu - 2 min cərimələnəcək

"AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cərimə olunması üçün protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mühasibat uçotunun aparılmamasına görə məhkəməyə verilib. 

Qeyd edək ki, müvafiq məcəllənin 462.1 maddəsi ilə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Əhməd