Ekonomiks 14:34 08.06.2023

“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək

"Azəriqaz” İB-nin inzibati binasında növbəti "Açıq qapı” aksiyası 9 iyun keçiriləcək.

Qaynarinfo xəbər verir ki, saat 11:00-da başlayacaq aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.