Ekonomiks 17:44 26.01.2023

"Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək

"Azəriqaz” İB-nin inzibati binasında növbəti "Açıq qapı” aksiyası 27 yanvar saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Qaynarinfo xəbər verir ki, vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.