Ekonomiks 19:27 28.05.2023

"Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə daha 3 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyası keçiriləcək.
 
Aksiya həftənin 2-ci günü saat 11:00-dan 12:00-dək Xaçmaz rayonunda (Zəfər Parkı), 4-cü günü saat 12:00-dan 13:00-dək Siyəzən rayonunda (Mərkəzi Kitabxananın qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.
 
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.