Ekonomiks 15:31 11.02.2023

“Azərsu” ilə BDU arasında su pulu davası

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Bakı Dövlət Universiteti (BDU) arasında su pulu ilə bağlı qalmaqal yaşanır.

Qaynarinfo-nun məlumatına görə, qalmaqal o həddə çatıb ki, BDU məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Lakin birinci intansiya universitetin iddiasını təmin etməyib. 

BDU-nun rəhbərliyi apellyasiya şikayət verib. Artıq icraata götürülən şikayət Bakı Apellaysiya Məhkəməsində, Aida Hüseynin sədrlik etdiyi hakimlər kollegiyasi tərəfindən araşdırılacaq. 

Məhkəmənin vaxtı hələ müəyyənləşdirilməyib. 

Bəzi iddialara görə, BDU istehlak etdiyi suyun pulunu ödəsə də, "Azərsu” ASC hansısa səbəblərdən bununla razılaşmır. Başqa məlumatlarda isə deyilir ki, mübahisənin kökündə BDU-nun suya olan köhnə borcu dayanır. Həmin borcun isə universitetin keçmiş rektoru Abel Məhərrəmovun dövründə yığıldığı deyilir.

Seyid