Ölkə 14:25 14.03.2023

Bakı dairəvi avtomobil yolunda qəza - Maşın aşdı, 1 nəfər öldü (VİDEO)

Bakı dairəvi avtomobil yolunda maşının aşması nəticəsində qadın ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də KIA markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar”, - deyə DYP rəsmisi vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.