İdman 21:02 22.01.2023

Bakı klubu serb futbolçusunu göndərdi

"Zirə” Nemanya Andelkoviçlə yollarını ayırıb.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serb müdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

"Zirə” Nemanya Andelkoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə"yə 2021-ci ilin yanvarında Seriyanın "Zlatibor" klubundan gələn 25 yaşlı müdafiəçi cari mövsümdə 17 oyuna çıxıb.