Ekonomiks 13:34 07.05.2022

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilərək yekunlaşıb.

Bu barədə Qaynarinfo-a DSMF-dən xəbər verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.