Ekonomiks 09:15 08.06.2022

Bakı-Sumqayıt yolundakı tıxac problemi nə vaxt həll olunacaq? (VİDEO)

Səhər, axşam, hətta günorta saatlarında da Bakı-Sumqayıt yolunda tıxac səngimək bilmir. 

Xırdalan dairəsinin və yolun bir hissəsinin genişləndirilməsindən sonra belə həllini tapmayan tıxaclar artıq sürücüləri təngə gətirib.

Nəqliyyat üzrə eskpert Ərşad Hüseynov deyir ki, yolların genişləndirilməsi tıxacı azaltmaq və ya aradan qaldırmaq üçün çarə deyil.

Ekspertin fikrincə, sözügedən ərazidə tıxacın qarşısını almağın tək yolu ictimai nəqliyyatı genişləndirməkdir.

Ərşad Hüseynov həmçinin bildirir ki, Bakı və Sumqayıta vahid bir aqlomerasiya kimi baxılsa bu kimi problemlər ortaya çıxmaz.