Ekonomiks 20:46 11.03.2023

Bakıda 17 avtobusun hərəkət sxemi 3 günlük dəyişdiriləcək

12, 13 və 14 mart tarixlərində Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə bağlı nəqliyyat vasitələrin hərəkətinə qoyulacaq məhdudiyyətə görə bir neçə marşurt avtosunun hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti,Nizami küçəsi,) küçələrlə təşkil ediləcəkdir.