Ölkə 19:02 17.03.2023

Bakıda qadın ayrıldığı sevgilisini itə görə tutdurdu

Bakıda keçmiş sevgilinin evinə icazəsiz daxil olaraq "Pekines” cinsli itini götürən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Asim adlı şəxs 2020-ci ilin avqust ayından 2023-cü ilin yanvar ayının ortalarına qədər Yeganə adlı xanımla qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Yanvar ayında aralarında mübahisə olduğuna görə ayrılıblar. 

Asim Yeganəyə hədiyyə aldığı "Pekines” cinsli iti ondan geri almaq məqsədi onun yaşadığı evə gedib. Özündə olan açarla mənzilə daxil olaraq, iti götürüb. Bu barədə Yeganəyə məlumat verməyib. 

Bundan sonra Yeganə ondan iti qaytarmasını tələb edib. Asim 2-3 günə qaytaracağını bildirsə də, sonradan Yeganə onunla kobud danışdığı üçün qaytarmaq fikrindən yayınıb və iti başqa bir tanışına verib. 

Bundan qəzəblənən Yeganə bu barədə polisə məlumat verib. Məhkəmədə Asimdən şikatəçi olduğunu açıqlayıb. 

Məhkəmənin qərarı ilə 29 yaşlı Asim İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilib.

Əhməd