Ölkə 11:35 11.08.2022

Bakıda vulkan püskürdü (VİDEO/YENİLƏNİB)

Lökbatanda palçıq vulkanı püskürüb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Qeyd olunub ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb. Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi  h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik  enerjisi Е=0.6×107  təyin olunub. 


Lökbatan palçıq vulkanının episentr xəritəsi 


Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınmışdır. 


Lökbatan vulkanının dalğa forması 
 
11.28

Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatanda palçıq vulkanının püskürməsiilə bağlı məlumat yayıb.

İnstitutdan Qaynarinfo-ya verilən xəbərə görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

11.03
 
Bakı yaxınlığında palçıq vulkanı püskürüb.

Qaynarifno xəbər verir ki, vulkan püskürməsi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzi faktı təsdiqləyib.