Ölkə 21:48 12.05.2022

Bakının mərkəzi prospekti bu gecədən bağlanır

Bakıda keçiriləcək "Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

"Bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.