İdman 17:40 04.05.2023

"Barselona"nın Messiyə təklifi açıqlandı

PSJ-dən ayrılmaq qərarına gələn Lionel Messi üçün "Barselona" cəhdlərini gücləndirib.

Qaynarinfo İspaniya mətbuatına istinadən xəbər verir ki, katalon klubu Messiyə 50 milyon avroluq müqavilə təklif edəcək. "Loryen”ə məğlubiyyətdən sonra klubdan icazəsiz Səudiyyə Ərəbistanına gedən və baş məşqçi tərəfindən heyətdən kənarlaşdırılan Messi klubu ilə demək olar ipləri qırıb.

"Diario Sport"un xəbərinə görə, "Barselona" Messiyə təklif hazırlayıb. İspan klubu futbolçuya 1+1 illik müqavilə və 25 milyon avro ödəməyə hazırdır. Argentinalı ulduzun təklif rəsmiləşəcəyi təqdirdə keçmiş klubuna cavabının nə olacağı maraqla gözlənilir.

Messi 16 il ərzində "Barselona"da meydana çıxdığı 778 oyunda 672 qola, 303 məhsuldar ötürməyə imza atıb. Bu müddət ərzində o, Kataloniya komandasının heyətində 35 kubok qazanıb. 

Səbuhi Həsənov