İdman 15:04 09.06.2023

“Bavariya” ilk transferini reallaşdırdı

Bundesliqanı 11-ci dəfə çempion kimi tamamlayan "Bavariya" yeni mövsümün ilk transferini reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sosial şəbəkələrdəki səhifələrində "Bavariya”ya xoş gəlmisiniz" başlığı ilə verdiyi açıqlamada Konrad Laimerlə müqavilə imzalandığı bildirilib.

Açıqlamada 26 yaşlı futbolçu ilə imzalanan müqavilənin 2027-ci ilə qədər qüvvədə olacağı bildirilib. Laymerin "Leypsiq"lə müqaviləsi başa çatdığından, "Bavariya”ı heç bir transfer haqqı ödəməyəcək.

Futbol karyerasına Avstriya təmsilçisi "Aberse”də başlayan Laymer daha sonra "Zalsburq”un gənclərdən ibarət komandalarında çıxış edib.

2014/15 mövsümündə "Liefering"ə keçən futbolçu, qısa müddət ərzində "Zalsburq"la müqavilə imzaladı.

Avstriya klubunda ilyarımdan sonra 7 milyon avroya "Leypsiq"ə transfer olan 26 yaşlı yarımmüdafiəçi burada 6 mövsüm keçirib. O, "Leypsiq”də keçirdiyi son mövsümdə meydana çıxdığı 29 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

26 yaşlı yarımmüdafiəçi Avstriya millisinin heyətində ümumilikdə 20 dəfə meydana çıxıb.
 



Səbuhi Həsənov