İdman 14:44 27.05.2023

"Bavariya"nın gənc futbolçusu özünü cizgi film sahəsində sınayacaq

"Bavariya"nın ulduzu Alfonso Devis "Hörümçək adam" cizgi filmində rol alacaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Münhen klubunun gənc futbolçusu özünü kino sahəsində də sınayacaq. Cizgi filmi iyunun 2-də kinoteatrlarda nümayiş olunacaq. 

Kanadalı futbolçu filmdə hörümçək adamın 1967-ci ildəki halını səsləndirəcək.

Filmdə Şameyk Mur, Hayl Steynfeld, Oskar İsaak, Endi Semberq, Ceyson Şvartsman və Daniel Kaluuya kimi məşhurlar da səsləri ilə iştirak edəcək.

Səbuhi Həsənov