Dünya 14:51 23.01.2023

Baxmutu ələ keçirə bilməyən Priqojin Putinin gözündən düşüb - ISW

"Vaqner” Xüsusi Hərbi Kompaniyasnın (XHK) maliyyəçisi Yevgeni Priqojin Baxmutu ələ keçirmək üçün uğursuz cəhdlərdən sonra Rusiya prezidenti Vladimir Putinin gözündə etibarını itirməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd ediblər.
 
Hərbi analitiklər, Baxmutu təkbaşına almaq vədini yerinə yetirə bilmədikdən sonra bir neçə aylıq dirçəlmədən sonra "Vaqner qrupunun maliyyəçisi Yevgeni Priqojin ulduzu sönməyə başlayıb", - deyə bildiriblər.

Görünür, Putin Priqojin və onun müttəfiqi ordu generalı Sergey Surovikindən Rusiya ordusunun kulminasiya nöqtəsinə çatmasından və fəlakətli uğursuzluqlardan sonra Ukraynanın və onun qərbli tərəfdaşlarının müharibəni davam etdirmək iradəsini qırmaq üçün səylərini davam etdirməyi xahiş edib.

Eyni zamanda, müvafiq olaraq, Sergey Şoyqu və ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi Rusiyanın Müdafiə Nazirliyi və Baş Qərargahı Rusiyanın ehtiyatda olan və çağırışçılarının səfərbər edilməsinə və nizami Rusiya silahlı qüvvələrinin effektivliyinin artırılması üçün şəraitin yaradılmasına diqqət yetirib, lakin onların 2022-ci ilin payızında və qışın əvvəlində həlledici bir şey əldə edəcəklərinə çox ümidləri olmayıb.

Görünür, Putin Priqojin və Surovikinə bir tərəfdən səfərbər edilmiş məhbuslarla, digər tərəfdən isə Ukraynanın mülki infrastrukturunu hədəf alan amansız hava kampaniyası ilə nə edə biləcəklərini göstərmək şansı vermək qərarına gəlib.

ISW ekspertlərinin fikrincə, hər iki cəhd uğursuz alınıb.

Görünür, dirçəlmə zamanı Priqojin qərara gəlib ki, həqiqətən də ulduzu parlayıb və o, Gerasimov və hətta Şoyquya Rusiya hərbi işlərində üstünlük əldə etmək üçün meydan oxuya bilər. Amma görünür, bu ümidlər puç olub.

İnstitut hesab edir ki, Putin Priqojin və onun qeyri-stabil qüvvələrinə verdiyi dəstəyi geri götürüb, yenidən Gerasimov, Şoyqu və Rusiya hərbçilərinə arxalanmağa qərar verib.

Putinin belə bir qərarı, ekspertlərin fikrincə, Vaqner qrupunu və buna baxmayaraq, Ukraynada mübarizəni davam etdirən "güc strukturları”nın qüvvələrini marginallaşdırır.

Putin həmçinin 2022-ci ildə uğursuzluqlar nəticəsində ciddi şəkildə zədələnmiş və "güc strukturları” fraksiyasının aylarca şiddətli hücumuna məruz qalan Rusiya Müdafiə Nazirliyinin etibarı və reputasiyasını bərpa etməyə çalışır.

Priqojin yəqin ki, Ukraynadakı səylərinin Rusiyada ona hərbi və siyasi güc qazandırmaqda davam edəcəyini düşünürdü.

Bununla belə, ISW-nin hesabatına görə, dekabrda Baxmut uğrunda döyüşlərin intensivləşməsi və onun sonrakı kulminasiya nöqtəsi Priqojinin 2023-cü ilin əvvəlinə qədər Rusiya Müdafiə Nazirliyindən üstün olmağa çalışdığını və bacarmadığını göstərə bilər.

Analitiklərin fikrincə, Priqojinin nüfuzunun və təsirinin son zamanlar aşkar şəkildə azalması onun de-fakto gücünün real məhdudiyyətlərini əks etdirir.

İnstitutun kəşfiyyat qrupu qeyd edir: "Priqojin çətin ki, Putinin çevrəsini həmişəlik tərk etsin. Və Gerasimovla onun çevrəsi Putini yenidən uğursuzluğa düçar edərsə, o, bir də yüksələ bilər". Amma hələlik Priqojin, görünür, Kreml çevrəsində "təsərrüfatdan çıxarılmış” qüvvədir.

Əvvəlki nəticələri nəzərə alaraq ekspertlər belə qənaətə gəlirlər ki, Putinin hərəkətləri Rusiyanı ordusunu yenidən qurmaq yoluna qaytarıb. Hesabatda deyilir ki, "NATO bu inkişafa Ukraynaya siqnal olsa belə, özünün gələcək təhlükəsizliyi məsələsi kimi baxmalı idi", - hesabatda deyilir.
 
Alpər