Dünya 15:31 30.05.2023

Bayden Ərdoğanla F-16 və İsveçin NATO məsələsini müzakirə etdi: “Ona dedim ki...”

1531ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın mümkün ABŞ F-16-larını alması məsələsini müzakirə edib. Dövlət başçıları İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar.

Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.

Bu mövzular telefon danışığı zamanı Baydenin bazar günü keçirilən prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə edilib.

"Mən Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16 bağlı məsələlər üzərində işləmək istəyir. Mən ona dedim ki, İsveçlə işləmək istəyirik, gəlin bunu edək", - Bayden Ağ Evdən Delaverə gedərkən jurnalistlərə deyib.

ABŞ prezidenti əlavə edib ki, tərəflər bu məsələlərlə bağlı daha sonra əlaqə saxlayacaqlar.

"Gələn həftə bu barədə daha çox danışacağıq", - deyə Bayden bildirib. 

Nizami Bağırov