Dünya 19:15 17.05.2022

Bayden Finlandiya və İsveç liderləri ilə görüşəcək - Ukraynaya dəstək, NATO-ya üzvlük...

Mayın 18-də ABŞ prezidenti Co Bayden İsveç və Finlandiya liderləri ilə görüşəcək. İclasın mövzusu NATO-ya üzvlük üçün ərizələrin verilməsi və Ukraynaya yardım olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "SkyNews” məlumat yayıb.

Co Bayden Ağ Evdə İsveçin baş naziri Maqdalena Andersonu və Finlandiya prezidenti Sauli Niinistönü qəbul edəcək.

"ABŞ prezidenti, İsveçin baş naziri və Finlandiya prezidenti Avropa təhlükəsizliyi, eləcə də bir sıra qlobal məsələlər üzrə yaxın tərəfdaşlığımızın gücləndirilməsi və Ukraynaya dəstəyimizi müzakirə edəcəklər", deyə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

Nizami Bağırov