Dünya 15:40 14.03.2023

Bayden tezliklə Si Szinpinlə danışacaq, ancaq bunu heç kim bilməyəcək... - Reuters

ABŞ prezidenti Co Bayden Çin lideri Si Szinpin ilə "tezliklə" danışacağını hesab edir.

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.

Telefon danışığı ABŞ-ın İngiltərə və Avstraliya ilə Çinə qarşı yönəlmiş böyük sualtı müqaviləsinin təfərrüatları açıqlandıqdan sonra aparılacaq.

San Dieqoda Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşdə Çinin AUKUS sualtı qayıq müqaviləsini təcavüz kimi qiymətləndirəcəyindən narahat olub-olmadığını soruşduqda, Bayden "yox” deyib.

Yaxın gələcəkdə ÇXR lideri ilə danışacaqmı? Bayden "bəli” deyə cavab verib, lakin başqa bir suala, danışdıqları zaman bunu jurnalistlərə deyəcəkmi, cavab "yox” olub.

AUKUS-un Avstraliyanı nüvə sualtı qayıqları ilə təmin etmək müqaviləsi Hind-Sakit okean regionunda Çinə qarşı mübarizə aparmaq məqsədi daşıyır və Pekin bunu qeyri-qanuni nüvə silahının yayılması aktı kimi pisləyib.

Alpər