Dünya 15:35 03.03.2023

Belarus məhkəməsi başqalarının cərimələrini ödəyən Nobelçini 10 illik həbs etdi

Belarusda məhkəmə "Vesna" hüquq müdafiə mərkəzinin işi üzrə təqsirləndirilən şəxslərə hökm çıxarıb. 

Qaynarinfo BELTA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxslər, o cümlədən 2022-ci il Nobel Sülh Mükafatı laureatı Aleksandr Belyatski yeddi ildən on ilədək həbs cəzası alıblar.

Belyatski 10 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə digər təqsirləndirilənlərdən Valentin Stefanoviç doqquz il, Vladimir Labkoviç yeddi il, Dmitri Solovyov isə səkkiz il cəza alıb.

Hüquq müdafiəçiləri Belarus etiraz aksiyalarının iştirakçılarına qoyulan cərimələrin ödənilməsinə görə "ictimai asayişi kobud şəkildə pozan qrup hərəkətlərini maliyyələşdirməkdə” ittiham olunublar. Bundan əlavə, onlara qarşı "mütəşəkkil dəstənin tərkibində qaçaqmalçılıq” maddəsi ilə ittiham irəli sürülüb.

Alpər