Dünya 15:43 05.01.2023

Belarusda Nobel Sülh Mükafatı laureatının məhkəməsi gedir

Belarusda hüquq müdafiəçisi Ales Belyatskinin məhkəməsi başlayıb. Nobel Sülh Mükafatı laureatı vergidən yayınmaqda ittiham olunur.

Qaynarinfo bu barədə MK-ya istinadla xəbər verir.

Müstəntiqlərin fikrincə, Belyatski Belarusda rəsmi qeydiyyatı olmayan "Vesna" hüquq müdafiə mərkəzinin işindən qeyri-qanuni gəlir əldə edib. Ümumilikdə o, 113 min Belarus rublu (75524 azndən çox) məbləğində vergi ödəmədiyi iddia edilir.

Prosesin əvvəlində Belyatski həbslə bağlı olmayan həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatətlər qaldırıb. Həmçinin məlumatlara görə, o, hakimə etiraz edib. Onun ərizələri rədd edilib.

Belyatski 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. O, 1996-cı ildə Vesna İnsan Hüquqları Mərkəzini yaradıb. 2021-ci ildə ona vergidən yayınma ittihamı irəli sürülüb, həmin ilin yayında saxlanılıb.

Alpər