Dünya 10:55 08.06.2023

Belqorod döyüşlərində Rusiyanın daha bir polkovniki öldürüldü

Əsasən Pskov vilayətindən səfərbərliçkilərdən formalaşmış 1009-cu alayın komandiri, polkovnik Vladimir Kuznetsov Belqorod vilayətində gedən döyüşlər zamanı öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları Moskva vilayətinin İstra rayonunun sosial şəbəkələrində məlumat veriblər.

Kuznetsovla vida mərasimi iyunun 8-də 11:30-da olacaq.

Hərbçilərin və onların ailə üzvlərinin məlumatına görə, Belqorod vilayətində 1009-cu alay atəşə tutulub, bölüklərdən biri mühasirəyə düşüb. Rusiya könüllülər korpusu Pskov vilayətindən olan əsirlərlə video yayımlayıb: onlardan bir neçəsi Velikiye Luki, biri isə Plyussanı təmsil edib. 1009-cu motoatıcı alayından səfərbər olanlar "Pskov vilayəti"nə müraciət göndərərək, Belqorod vilayətindəki vəziyyəti ictimaiyyətə çatdırmağı xahiş ediblər.

"Pskovskaya quberniya” Teleqram kanalın məlumatına görə, alayın 8-ci və 9-cu bölükləri ağır itki verib, son məlumatlara görə, 8-ci rota mühasirəyə alınıb. Həmçinin 3-cü taborun komandirinin yaralandığı bildirilir. 

Teleqram kanalın digər məlumata görə, Şebekino yaxınlığında baş verən toqquşmadan sonra Belqorod vilayətindən ən azı 120 yaralı Sankt-Peterburqa gətirilib: onlar müxtəlif dərəcəli xəsarətlər alıblar və Kirov Hərbi Tibb Akademiyasındadırlar. Akademiya Rusiya Müdafiə Nazirliyinin tabeliyindədir https://t.me/guberniaband/6291 .

"Change.org” platformasında səfərbər olunanların hərbi əməliyyatlardan evlərinə qayıtmasını tələb edən petisiya qeydə alınıb

"Ailələrimizi istirahətdən, yuxudan məhrum etməyinizdən artıq 9 ay keçir. Kişilərimizi müddətsiz cəzaya məhkum etdiyinizdən 9 ay keçdi! Bu, vətənə xidmət deyil, vəzifə deyil, bu, sonsuz ağır əmək və istehzadır! Yuxu, istirahət və tətil olmadan! Nə qədər ki, Müdafiə Nazirliyi gözəl hesabatlar verir, kişilər ölür! İndi baş verənlər QƏBULEDİLMƏZDİR! Siz onları "top yemi" üçün götürdünüz və indi insanları qəsdən məhv edir, onları sursatsız və həyati lazım olan əşyasız qoyursunuz!

Nizami Bağırov