Dünya 12:52 08.09.2022

Berluskoni Merkellə birləşib Ukraynanı Putinlə barışdırmaq istəyir

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etmək istəyir. Eyni zamanda o, Almaniyanın keçmiş kansleri Angela Merkeli özünə "tərəfdaş” almağı planlaşdırır.

Bu barədə Qaynarinfo "Corriere Della Sera”ya istinadən xəbər verir.

"Merkellə mən Ukrayna və Rusiya arasındakı münaqişəni sona çatdırmaq üçün inandırmaq və vasitəçilik etmək istərdim”.

Eyni zamanda İtaliyanın keçmiş baş naziri əlavə edib ki, hazırda Putin üçün heç bir iqtisadi itki görmür.

"Mənə elə gəlir ki, o, sanksiyalara və qaz qiymətlərinin yuxarı həddinə müqavimət göstərməyə tamamilə qadirdir", - siyasətçi əlavə edib.

Nizami Bağırov