Dünya 16:12 06.04.2023

Berluskoniyə qan xərçəngi diaqnozu qoyulub

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoniyə qan xərçəngi olan leykemiya diaqnozu qoyulub.

Bu barədə Qaynarinfo "Corriere della Sera"ya istinadən xəbər verir.

Nəşrin yazdığına görə, təxminən on gün əvvəl 86 yaşlı siyasətçi müayinə olunmaq üçün Milanın Müqəddəs Rafael xəstəxanasına aparılıb, 24-26 saat ərzində evə buraxılmalı olan halda o, dörd gün xəstəxanada qalıb. 

Aprelin 2-də Berluskoni yenidən xəstəxanaya qayıdıb. Hətta sonradan onun reanimasiyaya yerləşdirlməsi ilə bağlı məlumatlar ortaya çıxıb.

"Silvio Berluskoni ciddi qan xəstəliyindən - leykemiyadan əziyyət çəkir. Onu incidən ağrılar və son bir neçə gündəki sətəlcəm əslində onsuz da zəifləmiş orqanizmə zərər verə biləcək fəsadlardır", - nəşr yazır.

Nizami Bağırov