Ölkə 15:48 11.03.2023

Bir gündə məşhurlaşan Xınalıq sakinini Böyük Britaniyaya aparırlar

Xınalıqda polşalı turistə bələdçilik edən, ingilis dilində Xınalıq haqqında əcnəbi turisti məlumatlandırmaqla məşhurluq qazanan İbrahim Zeynalovla bağlı xəbər var. 

Bizim.Media xəbər verir ki, İbrahim Zeynalov bu ilin iyul ayında iki həftəlik İngiltərəyə yay məktəbinə göndəriləcək. 

Xəbəri Musiad.Azərbaycan təşkilatının idarə heyətinin sədri Rəşad Cabirli verib. Onun sözlərinə görə, artıq İbrahimin sənədləri hazırlanır. 

Rəşad Cabirli hesab edir ki, ucqar dağ kəndinin istedadlı şagirdi İngiltərədə olduğu müddətdə ingilis dili ilə bağlı biliklərini daha da təkmilləşdirmək imkanı əldə edəcək. 

Qeyd edək ki, Qubadan daha bir məktəbli, robot-texnika sahəsi üzrə yeniliklərə imza atan Tofiq Bayramovun da İngiltərəyə yay məktəbinə göndərilməsi planlaşdırılır.