Ekonomiks 22:03 29.06.2022

Bir ildə neft satışından 560,6 milyard dollar gəlir: Ən çox kim qazanıb?

2021-ci ildə OPEC-ə üzv olan 13 ölkənin neft satışından əldə etdiyi gəlir 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq 317,35 milyard dollardan 560,6 milyard dollara çatıb. Bununla bağlı OPEC-in hesabatında qeyd edilib.

Qaynrınfo bu barədə "Təsnim" agentliyinə istinadən xəbər verir.

OPEC-in ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı neft ixracatından əldə etdiyi gəliri 1,7 dəfə artıraraq 202 milyard 166 milyon dollara çatdırıb ki, bu da təşkilat ölkələri arasında ən yüksək göstəricidir.

BƏƏ-nin neft gəlirləri də 1,7 dəfə artaraq 54,595 milyard dollara çatıb.

İraq və Küveytin neft satışlarından əldə olunan gəlirlər müvafiq olaraq, 1,8 və 1,6 faiz artaraq 79,788 milyard dollar və 56,545 milyard dollar olub.

M.Arıf