Ölkə 23:09 02.06.2023

Bir neçə gün əvvəl itkin düşən yeniyetmə tapıldı

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

Qaynarinfo xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib