Ölkə 16:17 26.01.2023

“Bizim Bağ” istirahət mərkəzində snayperlə tutulan şəxslə bağlı qərar verildi

Qəbələ rayonunda "Bizim Bağ” ailəvi istirahət mərkəzində snayper silahla gəzən şəxslə bağlı qərar verilib. 

Qaynarinfo-nun məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel”) 1993-cü il təvəllüdlü, Qəbələ şəhəri sakini Aslanın (şərti) qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olub. 

Həmin şəxs 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qəbələ rayonu, Bunud kəndi ərazisində yerləşən "Bizim Bağ” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılıb.

Onun "Ford Fusion” markalı avtomobilinə baxış zamanı yük yerindən bir ədəd snayper tüfəngi və 100 ədəd patron götürülüb. 

Aslan məhkəmə ifadəsində deyib ki, 4 il əvvəl meşədə tapdığı silahı ov etmək məqsədi ilə idarə etdiyi avtomobilin yük yerinə qoyub. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əhməd