Dünya 19:50 02.06.2023

Blinken: "ABŞ-ın Rusiyada hakimiyyəti devirmək fikri yoxdur"

ABŞ Rusiyada hakimiyyəti devirmək fikrində deyil və rusların onları düşmən kimi qəbul etməsini istəmir. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O qeyd edib ki, "30 ildir ki, Vaşinqton Moskva ilə sabit əməkdaşlıq münasibətlərini qoruyub saxlayır, çünki o, təhlükəsiz və firavan Rusiyanın Amerikanın maraqlarına uyğun olduğuna inanır”.

Blinken onu da əlavə edib ki, amerikalıların ruslarla düşmənçilik etmək arzusu yoxdur.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, ABŞ "açıq kampaniyadan istifadə edir və Rusiyada mövcud hakimiyyəti devirməyə çağırır”.

Alpər