Dünya 12:10 08.04.2023

Blinken: "Ukraynada atəşkəs davamlı sülhə səbəb olmayacaq"

"Əgər Rusiya və Ukrayna hazırkı şərtlərdə atəşkəs barədə razılığa gəlsələr, bu, "ədalətli və davamlı sülhə” təminat verməyəcək”. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Almaniyanın "Funke” nəşrinə müsahibəsində deyib.

Blinkenin fikrincə, indiki mərhələdə atəşkəs "Rusiya tərəfindən Ukraynanın əhəmiyyətli ərazilərinin ələ keçirilməsinin praktiki təsdiqinə” gətirib çıxara bilər. Diplomat həmçinin ehtimal edib ki, belə bir şəraitdə Rusiya "qoşunlarını yenidən toplaya və müəyyən müddətdən sonra yenidən döyüşə başlaya bilər”, - RBC yazır.

Blinken deyib: "Rusiya konstruktiv danışıqlara hazır olacaq nöqtəyə çatmalıdır”.

Ukraynada atəşkəs çağırışlarının hələlik qəbuledilməz olduğunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bəyan etmişdi.

Eyni zamanda, Çin lideri Si Szinpin və Fransa prezidenti Emmanuel Makron sonuncunun Pekinə son səfəri zamanı Moskva ilə Kiyev arasında sülh danışıqlarının "mümkün qədər tez” bərpa olunmasına çağırıblar.

Alpər