Dünya 11:20 26.04.2023

BMT Firudun Sinirlioğlunu Əfqanıstan üzrə xüsusi koordinator təyin etdi

BMT-nin baş katibi Antonio Quterreş Türkiyənin keçmiş səfiri Feridun Sinirlioğluna Əfqanıstandakı mövcud problemləri həll etmək üçün müstəqil qiymətləndirmə aparmağı və tövsiyələr verməyi tapşırıb.

Bu barədə Qaynarinfo TRT WORLD-ə istinadla xəbər verir.

BMT-nin çərşənbə axşamı yaydığı bəyanatda deyilir: "Sinirlioğlu beynəlxalq məsələlərdə və diplomatiyada qırx ildən çox təcrübəyə malikdir. Karyerası boyunca o, siyasi, humanitar, inkişaf və insan haqları məsələləri ilə məşğul olub, vasitəçilik səylərinə rəhbərlik edib və Əfqanıstan da daxil olmaqla Yaxın Şərq və Şimali Afrika, Avropa, Şimali Amerika və Asiya kimi geniş coğrafi ərazilərdə təcrübəyə malikdir".

Mart ayında Təhlükəsizlik Şurası Antonio Quterreşdən Əfqanıstanın üzləşdiyi cari çağırışların həlli üçün müvafiq siyasi, humanitar və inkişaf aktorlarının inteqrasiyalı və ardıcıl yanaşması üçün perspektivli tövsiyələr hazırlamağı və təmin etməyi xahiş edib.

Sinirlioğlu bundan əvvəl 2015-ci ildə müvəqqəti hökumətdə Türkiyənin xarici işlər naziri, 2016-2023-cü illərdə isə Ankaranın BMT-dəki nümayəndəsi vəzifələrində çalışıb.

Alpər