İdman 16:02 30.12.2022

Bölgə təmsilçisi növbəti transferini reallaşdırdı

"Şamaxı" növbəti transferi reallaşdırıb.
 
Qaynarinfo xəbər verir ki, klub arımmüdafiəçi Emin Zamanovla il yarımlıq müqavilə imzalayıb. 
 
25 yaşlı futbolçu daha öncə "Neftçi" və "Səbail"də çıxış edib.

Daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edən klub, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.
 
Səbuhi Həsənov